Manifestimiz | Kolektif House

Bizcə Ofis

Bu, divarların, masaların və kompüterlərin bir araya gəldiyi məkan olmaqdan çox daha artığıdır.
Ortaq bir ruhun, yaradıcılığın, fərqli səslərin və mədəniyyətlərin birləşməsidir.
Birlikdə olmaq – daha məhsuldar olmaqdır.
Yalnız iş yoldaşlarını deyil, işini sevgi ilə görən insanları tanımaq və birlikdə yeni iş imkanları yaratmaqdır.
Eyni havanı, eyni həyəcanı duymaq və “Məncə”dən “Bizcə”yə çatmaqdır.

Eqonu vurğulamaq deyil, onu aşmaqdır… Sahib olduğun təcrübəni bölüşməkdir.
Almaqdan çox verməyi, danışmaqdan çox dinləməyi bilməkdir.
İşini, iş yerini və insanları sevmək… Məsai bitəndə yox, başlayanda sevinməkdir.
Dəyişimin, inkişafın və böyük bir mədəniyyətin bir parçası olmaq; addım-addım PAYLAŞA-PAYLAŞA BÖYÜMƏkdir.

Kollektifli Olmaq

Kollektiflilərimizlə birlikdə günə əvvəl həyatı, sonra ətrafımızdakıları səmimiyyətlə sevərək və gördüyümüz işə bütün inancımızla sarılaraq başlayırıq. Birlikdə yaratmaq və paylaşmaq işığında həvəslə çalışan saysız-hesabsız yaradıcı Kollektiflinin arasında hər gün yeni ilhamla qarşılaşırıq. Olduğumuz icma ilə birlikdə böyüməyin önəminə inanırıq.

Kollektifli Olmaq